Bu da başqa qadının yatağına girən kişinin aqibəti

CC0 / cocoparisienne / manBaşqasının qadınına göz dikən kişi
Başqasının qadınına göz dikən kişi - Sputnik Azərbaycan
Abunə olmaq
Ev sahibinin qəfil gəlişi çaşqınlıq yaradıb. Qadının sevgilisi pəncərədən çölə çıxaraq, uzun müddət kondisionerin motorundan asılı vəziyyətdə qalıb.

BAKI, 2 iyul — Sputnik. Çində maraqlı hadisə baş verib. Sputnik Milliyyet-ə istinadən xəbər verir ki, ərinin evdə olmamasından istifadə edən qadın, sevgilisini evə dəvət edib.

Bu zaman ərinin qəfil evə gəlməsi çaşqınlıq yaradıb. Qadın, əri görməsin deyə, sevgilisini pəncərədən çıxmağı təklif edib. Kişi də çılpaq halda pəncərəni açaraq çölə çıxaraq, uzun müddət kondisionerin motorundan asılı vəziyyətdə qalıb.

Bu vəziyyəti görən onlarla insan heyrətini gizlədə bilməyib. Hadisəni telefonla videolentə alanlar da olub.

Xəbər lenti
0