17:24 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
DÜNYA
Qısa URL
365742

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: "30 İŞİD üzvü Türkiyəyə yollanıb. Bu rəqəm, Əl-Qaidənin ən güclü olduğu dövrdən belə, artıqdır"

BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə bağlı ABŞ-dan diqqətçəkən iddia ortaya atılıb. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan 30 İŞİD üzvünün Türkiyəyə yollandığını söyləyib.

Sputnik CNN Türk-ə istinadla xəbər verir ki, Brennan İŞİD üzvlərinin sayının Əl-Qaidənin ən güclü olduğu dövrdən belə, çox olduğunu deyib.

CIA rəhbəri keçən həftə ABŞ Senatının Kəşfiyyat Komitəsini İŞİD haqqında məlumatlandırmışdı. O, təşkilatın Liviyanı əməliyyat mərkəzi olaraq istifadə etməsindən narahat olduqlarını söyləyib.

Brennanın komitəyə təqdim etdiyi hesabatda İŞİD-in Liviyada artan fəaliyyətlərinin Avropada terror hücumlarını artıra biləcəyi vurğulanmışdı.

Əlaqədar

AZAL İstanbul reyslərini bərpa edir
ABŞ İstanbul terrorunu araşdırmağa başlayıb
İstanbul terrorunda həyatını itirənlərin sayı artır
İstanbul aeroportunda 3 canlı bomba
"Terrorçular İstanbul aeroportuna xarici ölkədən təyyarə ilə gəliblər"
Teqlər:
Con Brennan, CIA, Mərkəzi Kəşfiyyat İdarəsi, Atatürk Beynəlxalq Hava Limanı, İstanbul, ABŞ, terror

Əsas mövzular