00:14 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14601

Dünya dövlətlərindən Türkiyədə baş verən dəhşətli olaylarla bağlı sərt reaksiyalar gəlir

BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hücumu ilə bağlı dünyadan reaksiyalar gəlməkdə davam edir. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

"Bütün dünyada terror hücumlarının qurbanları günahsız insanlardır. Rusiyadan İstanbul, Brüssel və Parisi anlayırıq. Başımızı əyirik. Başsağlığı diləyirik. Unutmuruq", — Puşkov bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq də məsələyə münasibət bildirib: "Hücumu qınayıram. Qəlbim qurbanların ailələri, yaralananlar və Türk xalqıyla birlikdədir".

Ağ Ev də İstanbul terrorunu qınayıb. Ağ Ev sözçüsü Josh Earnest verdiyi açıqlamada deyib: "ABŞ onlarla insanın öldüyü və yaralandığı İstanbul Atatürk Beynəlxalq Hava Limanında bu gün meydana gələn xain terror hücumunu ən güclü şəkildə qınayır".

"Terror təhdidi ilə mübarizəmizi davam etdirərkən, dünyadakı digər dost və müttəfiqlərimizlə NATO-nun müttəfiqi və tərəfdaşı olan Türkiyəyə sarsılmaz dəstəyimizi davam etdiririk", — Earnest əlavə edib.

Hadisə ilə bağlı başqa bir açıqlama ABŞ-ın dövlət katibi Con Kerridən gəlib: "Terrorun kimlər tərəfindən reallaşdırıldığını araşdırırıq. Qarşımıza çıxan ilk çətinlik dövlətin xaricində, şiddət tərəfdarı olan qüvvələrlə üzləşməkdir".

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond da İstanbuldakı hücumlardan dəhşətə gəldiyini açıqlayıb: "Düşüncələrim partlayışda həyatını itirənlərin yanındadır. Köməyə hazırıq".

Almaniyanın baş naziri Angela Merkel terror hücumunu qınayaraq deyib: "Hamımız bu terrora görə şok içərisindəyik. Hücumu kimin reallaşdırdığına dair bir məlumatımız olmadığından, bu mövzuda fərziyyə irəli sürmək istəmirəm".

Nəhayət, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə baş verən terroru qınayan açıqlama verib: "Terror çirkin üzünü bir daha ortaya qoydu".

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 36 nəfərə çatıb. 147 nəfər də yaralanıb.

Əlaqədar

İstanbulda dəhşətli terror: xeyli sayda ölən və yaralanan var
Terrorda həyatını itirənlərin sayı 28-ə çatdı
İstanbul terrorunda zərərçəkənlər arasında AZAL-ın sərnişini yoxdur
"Terrorçu özünü bizim yaxınlığımızda partlatdı"
"Terrorçular İstanbul aeroportuna xarici ölkədən təyyarə ilə gəliblər"
İstanbul aeroportunda 3 canlı bomba
Teqlər:
Məhəmməd Cavad Zərif, Filip Hammond, Con Kerri, Josh Earnest, Yens Stoltenberq, Aleksey Puşkov, terror, Atatürk Beynəlxalq Hava Limanı, İstanbul

Əsas mövzular