"Apple" şirkətinin prezidenti türkcə mesaj paylaşdı

© AFP 2023 / Josh Edelson Tim Kuk
Tim Kuk - Sputnik Azərbaycan
Abunə olmaq
Tim Kuk Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktları ilə bağlı başsağlığı verib: "Dualarımız Türk xalqı üçün"

BAKI, 29 iyun — Sputnik. Dünyaca məşhur "Apple" şirkətinin rəhbəri Tim Kuk şəxsi "Twitter" hesabında İstanbuldakı terrorla bağlı başsağlığı mesajı paylaşıb. Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, mesajında kədərli olduğunu dilə gətirən T. Kuk "Dualarımız Türk xalqı üçün" yazıb.Dualarımız Türk halkı için #Istanbul 🇹🇷

​Qeyd edək ki, dünən axşam saatlarında Atatürk Beynəlxalq Hava Limanında terror aktı törədilib. Son məlumatlara görə, 36 nəfər həyatını itirib, 147 nəfər də yaralanıb.

Xəbər lenti
0