İstanbulda dəhşətli terror: xeyli sayda ölən və yaralanan var

© REUTERS / Ismail Coskun/IHLAS News AgencyTürkiyənin ən böyük hava limanında ard-arda iki partlayış törədilib
Türkiyənin ən böyük hava limanında ard-arda iki partlayış törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
Atatürk Beynəlxalq Hava Limanında baş verən hadisənin bir neçə silahlı şəxs tərəfindən törədildiyi, ən azı 10 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilir

BAKI, 29 iyun — Sputnik. Bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. NTV telekanalının yaydığı məlumata görə, partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. 

Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib. Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

Yerli mətbuatın məlumatına görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş bir neçə nəfər terminalın binasının baxış məntəqəsində qumbara atıb. Hadisənin terror aktı olduğu və nəticədə, ən azı 10 nəfərin dünyasını dəyişdiyi bildirilir.

Ədliyyə naziri Bəkir Bozdağ terror aktı zamanı iyirmidən çox insanın yaralandığını bildirib. KİV-də yayılan digər məlumatlarda yaralıların sayının 40-dan çox olduğu deyilir.

Xəbər lenti
0