20 il axtarışda olan mafiya lideri yatdığı yerdə həbs olundu

© Photo : Italian PoliceErnesto Fazzalari
Ernesto Fazzalari - Sputnik Azərbaycan
Abunə olmaq
Ernesto Fazzalari ölkənin cənub regionu Kalabriyada polis əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 27 iyun — Sputnik. İtaliya mafiyasının 20 il axtarışda olan lideri Ernesto Fazzalari ölkənin cənub regionu Kalabriyada polis əməkdaşları tərəfindən saxlanılıb. Sputnik Daily Mail-ə istinadən xəbər verir ki, onu ömürlük həbs cəzası gözləyir.

İtaliya hüquq-mühafizə orqanları 46 yaşlı Fazzalarini gecə yatdığı yerdə yaxalayıblar və o, müqavimət göstərməyib. Polisin məlumatına görə, Fazzalari narkotik ticarəti və qanunsuz kapitalın dövriyyəsi ilə məşğul olan "Ndranqeta" cinayətkar qruplaşmasının üzvüdür.

Ernesto Fazzalari ilk dəfə 1996-cı ildə həbsdən yayınıb. O, 1999-cu ildə qətl, adam öldürməyə cəhd, həmçinin dələduzluq maddələri də daxil olmaqla, bir neçə cinayət üzrə qiyabi olaraq məhkum edilib.

Xəbər lenti
0