07:07 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
27 0 0

David Kameron mübarizədən çəkiləcək. O, referendumun nəticələrindən sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu düşünür.

BAKI, 24 iyun — Sputnik. Birləşmiş Krallığın baş naziri Devid Kameron 3 ay sonra istefaya gedəcəyini bildirib. Sputnik Telegraph-a istinadən xəbər verir ki, Kameron referendumun nəticələrindən sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu söyləyib.

Referendumun nəticəsinin istədiyi kimi olmadığını əsas gətirən ingilis lider, bununla belə səsvermə nəticələrinin britaniyalıların həyatına köklü dəyişikliklər gətirməyəcəyini iddia edib.

Xatırladaq ki, Britaniya adasında dünən keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

Əlaqədar

Şimali İrlandiya Britaniyadan ayrılmaq istəyir
Böyük Britaniya Avropa İttifaqından ayrıldı
"Britaniyalılar ayrılsa, Avropa İttifaqı dağılacaq"
"Zənn edirdilər ki, Avropa İttifaqı cənnətdir..."
Teqlər:
referendum, Devid Kameron, Avropa İttifaqı, Britaniya, Birləşmiş Krallıq

Əsas mövzular