11:15 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
30 0 0

Avropalı siyasətçilər şokda: "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!"

BAKI, 24 iyun — Sputnik. "Bu gün Avropa və Böyük Britaniya üçün kədərli gündür". Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmaması ilə bağlı keçirilən referendumun nəticələrini dəyərləndirərkən bildirib.

Almaniya kanslerinin müavini Ziqmar Qabriel isə "twitter" səhifəsində yazıb: "Lənət şeytana! Avropa üçün pis gündür".

Referendumun nəticələrini dəyərləndirən Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib: "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!".

Qeyd edək ki, referendumun nəticələrinə görə, seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib.

Əlaqədar

Böyük Britaniya Avropa İttifaqından ayrıldı
Avropa İttifaqı yenidən Türkiyə ilə bir araya gələcək
İngilislərin bu qərarı dünya siyasətini yenidən şəkilləndirəcək
Türkiyə 50 illik mücadiləsini dayandıra bilər
Teqlər:
Aleksandr Stubb, Ziqmar Qabriel, Finlandiya, Avropa İttifaqı, Avropa, Böyük Britaniya, Almaniya

Əsas mövzular