00:27 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1301

Görüşdə Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ da iştirak edəcək

BAKI, 23 iyun — Sputnik. Türkiyə gələn həftə üzvülük və vizasız rejimlə bağlı Avropa İttifaqı ilə yeni danışıqlar aparacaq. Sputnik Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, M. Çavuşoğlu iyunun 30-da Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla görüşəcəyini deyib. Görüşdə Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ da iştirak edəcək.

"Biz Avropa Komissiyası sədrinin müavini ilə görüşmək üçün Brüsselə gedəcək və dayandırılan danışıqlar prosesini müzakirə edəcəyik. Avropa İttifaqı öz öhdəliyinə əməl edib, qərarını yerinə yetirməlidir", — deyə M. Çavuşoğlu vurğulayıb.

Əlaqədar

Türkiyə 50 illik mücadiləsini dayandıra bilər
"Avropa Birliyi xristian klubudur, müsəlman Türkiyənin orada yeri yoxdur"
Ərdoğandan Avropanı silkələcəyək açıqlama
"Bunu türk xalqına Ərdoğan izah edər"
Teqlər:
Ömər Çelik, Bəkir Bozdağ, Avropa Komissiyası, viza, Avropa İttifaqı, Mövlud Çavuşoğlu, Türkiyə

Əsas mövzular