00:21 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
47 0 0

Jan-Klod Yunker: "Türkiyə 72 şərti yerinə yetirsə, vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı əngəl qalmaz"

BAKI, 22 iyun — Sputnik. Türkiyə 72 şərti yerinə yetirsə, vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı əngəl qalmaz. Sputnik milliyet-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

"Türkiyə prezidenti Ərdoğan ciddi şəkildə miqrant sazişini tətbiq etməmək yolunu tutarsa, o zaman nə üçün Avropaya vizasız səyahət etmək imkanının verilmədiyini Türkiyə xalqına özü izah etməli olacaq", — Yunker bildirib.

Sazişin tətbiqi ilə bağlı optimist olduğunu deyən Avropa Komissiyasının sədrinin sözlərinə görə, Türkiyə ilə əldə edilən miqrant razılaşması hazırda işləyir: "Razılaşmanın tətbiq edilməməsinə dair şübhəyə düşmək üçün bir səbəb yoxdur".

Qeyd edək ki, Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb. Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.

16 dekabr 2013-cü ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi. Razılaşma Türkiyədən keçərək Danimarka və İtaliya istisna olmaqla, Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla gedən üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur.

Əlaqədar

Viza məsələsi 2017-ə qaldı
Azərbaycanla Qətər arasında viza qaydaları dəyişdi
"Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir"
Avropa İttifaqı Türkiyə ilə viza müzakirələrini dayandırdı
Türkiyə Avropa İttifaqı ölkələri üçün viza rejimini ləğv etdi
"Avropa Birliyi kürd amilini bəhanə edərək viza müqaviləsini təxirə sala bilər"
Avropadan Türkiyəyə viza şərti
Teqlər:
Jan-Klod Yunker, Avropa Komissiyası, şərt, viza, miqrant, Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular