22:22 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
ABŞ Senatı

Barak Obama "silah mafiyası" ilə bacara bilmədi

© Sputnik / Eduard Pesov
DÜNYA
Qısa URL
1801

Əhali arasında keçirilən son araşdırmaların nəticələrinə görə, ölkədə silah satışına nəzarətin tətbiq edilməsini istəyən amerikalıların sayı 71 faizə çatıb

BAKI, 21 iyun — Sputnik. Birləşmiş Ştatlar senatında silah satışına nəzarət barədə səsverməyə çıxarılan 4 qanun layihəsinin heç biri qəbul edilməyib. Sputnik Euronews-a istinadən xəbər verir ki, Demokratlar Partiyasından olan senatorların səsverməyə çıxardığı layihə, silah almaq istəyən hər kəsin şəxsiyyətinin mütləq şəkildə yoxlanılmasını nəzərdə tutur.

Səsvermənin gedişində respublikaçılar demokratların layihəsini, həddən artıq sərt adlandıraraq rədd ediblər. Öz növbəsində demokratlar respublikaçıların layihəsini yetərincə effektiv saymayıblar. Senatorlar qrupu həftənin sonunadək kompromisli qanun layihəsi hazırlamağa ümid edir.

Əhali arasında keçirilən son araşdırma nəticələrinə görə, ölkədə silah satışına nəzarətin tətbiq edilməsini istəyən amerikalıların sayı 71%-ə çatıb. Xatırladaq ki, zorakılığa meylli insanlara silah satışının məhdudlaşdırılmasına dair qanunun qəbul edilməsinin vacibliyi barədə mübahisələr, bu yaxınlarda Floridanın Orlando şəhərində yerləşən gecə klubunda insanların kütləvi şəkildə güllələnməsi ilə nəticələnən faciəvi hadisədən sonra yenidən qızışıb.

Əlaqədar

ABŞ-da kafedə baş verən atışmada 20 nəfər ölüb
ABŞ Hərbi Dəniz Qüvvələri bu yay super silahdan istifadə etməyi planlaşdırır
Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb
ABŞ bu ölkəyə silah embarqosunu qaldırdı
Türkiyə - ABŞ münasibətlərində düyün nöqtələri
Teqlər:
Obama, Respublikaçılar, Demokratlar Partiyası, Birləşmiş Ştatlar, ABŞ, silah, senator

Əsas mövzular