İrandan Bəhreynə şok təhdid

© AFP 2023 / STRQasım Süleymani
Qasım Süleymani - Sputnik Azərbaycan
Abunə olmaq
İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı general Qasım Süleymani: "Rejimin devrilməsi ödəyəcəyiniz əvəzin yalnız yüngül bir qismi olar"

BAKI, 21 iyun — Sputnik. Bəhreyn şiələrinin lideri ayətullah şeyx İsa Qasım vətəndaşlıqdan çıxarılıb. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani şeyx İsa Qasımı vətəndaşlıqdan çıxardığı üçün Bəhreyni təhdid edib.

İranın milli valyutası – rial - Sputnik Azərbaycan
"İranın pulları ABŞ-ın boğazında qalacaq"

Yarırəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, Süleymani deyib ki, Manana rejimi (Bəhreyn hökuməti) şeyx İsa Qasıma qarşı bu hərəkətlərdən çəkinməlidir: "Ondan uzaq dursunlar, yoxsa bunun əvəzini ağır ödəyərlər".

Nadir hallarda mətbuata açıqlama verən Süleymani, yazılı açıqlamasında Bəhreyn rəhbərliyinə xəbərdarlıq edərək "Rejimin devrilməsi ödəyəcəyiniz əvəzin yalnız yüngül bir qismi olar" ifadələrindən istifadə edib.

Bu arada, iranlı general Qasım Süleymaninin, Suriyada qarşıdurmaların şiddətlənməsi səbəbindən, bu ölkəyə yollandığı bildirilir. Süleymani ötən günlərdə İraqın Fəlluca şəhərindəki "xilasetmə əməliyyatı"na hərbi məsləhətçi olaraq qatılmışdı.

Xəbər lenti
0