Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məhəmməd Əlinin Orlando terroru ilə nə kimi əlaqəsi var?!

© AP Photo / Richard DrewDünya şöhrətli mərhum boksçu Məhəmməd Əli məsciddə namaz qılır. 5 iyun 1991-ci il
Dünya şöhrətli mərhum boksçu Məhəmməd Əli məsciddə namaz qılır. 5 iyun 1991-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türk politoloq Ahmet Şimşekdən qeyri-adi iddia.

BAKI, 16 iyun — Sputnik. ABŞ-ın Orlando şəhərində gecə klubunda baş verən qətliamdan günlər keçsə də hadisənin törədilmə detalları haqda müzakirələr hələ davam edir. Bir çox siyasi ekspertlər olub-bitəni adi terror hadisəsi kimi qələmə versə də, politoloq Fərhad Mehdiyev məsələyə tamamilə fərqli rakursdan yanaşıb. 

Politoloq iddia edir ki, Orlandoda gey klubda yaşanan qətliamda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əli var.

Politoloq Fərhad Mehdiyev
Politoloq Fərhad Mehdiyev - Sputnik Azərbaycan
Politoloq Fərhad Mehdiyev

"Həmin gecə klubunda olan faciəyə heç kim aldanmasın. Bunun Amerikanın dərin dövləti tərəfindən planlandığını anlamaq elə də çətin deyil. Hadisəni kim törədib? Müsəlman (Donald Trampın hədəfindəki ünsürlər). Kimə qarşı? Mavilərə (Demokratların dəstəkçilərinə). Buradakı haqq-hesab olduqca aşkardır. Əsas məqsəd, qərarsız olan seçicilərin səslərini demokrat namizəd Klintondan qoparıb D.Trampa keçirməkdir". 

Fərhad Mehdiyevin sözlərinə görə, bu cür hadisələri təşkil etmək MKA üçün adi bir şeydir:

"Görünən odur ki, amerikan dərin dövləti Demokratların passiv xarici siyasətindən bezib və Respublikaçıların aqressiv xarici siyasətinə ehtiyac hiss edir."

F.Mehdiyevin iddialarının doğru ola biləcəyini Sputnik-ə söyləyən türk politoloq Ahmet Şimşek digər bir ehtimaldan da bəhs edib:

© Photo : A.Şimşekin şəxsi arxiviAhmet Şimşek, Türkiyəli politoloq
Ahmet Şimşek, Türkiyəli politoloq - Sputnik Azərbaycan
Ahmet Şimşek, Türkiyəli politoloq

"CİA və dərin dövlətin hadisədə əli olduğu ehtimalı var, əlbəttə. Amma digər bir ehtimalı da gözdən qaçırmamalıyıq. Məhəmməd Əlinin ölümü ilə dünya bir anda İslam dininə kökləndi. Məşhur müsəlman boksçunun Vyetnam müharibəsinə getmədiyi və çox haqlı səbəbləri danışılmağa başlandı. Gənc nəsil ABŞ-ın yalnız indi deyil, yarım əsrdir dünyanın ən uzaq yerlərinə belə öz mənfəətləri üçün əsgər göndərdiyini öyrəndi. Bu vəziyyətdən Amerikalı idarəçilər narahat olaraq yenidən terrorla İslamı yan-yana gətirməyə çalışmış ola bilərlər".

Politoloq Razi Nurullayev isə Sputnik-ə ekspertlərin fikri ilə razı olmadığını, baş verən terrorun seçki ilə əlaqələndirilməsinin yanlış olduğunu söyləyib: 

© Photo : STRRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan
Razi Nurullayev

"Müasir dünyada heç nəyi istisna etmək olmaz. Doğrudur ki, baş verən hadisə Donald Trampın lehinə işləməkdədir. Lakin, ekspertlərin fikri ilə razılaşa bilmərəm. Çünki, bu hadisə seçki ərəfəsində baş versəydi, razılaşmaq olardı, amma indiki halda bu inandırıcı görünmür. Real səsverməyə qədər 5 ay məsafə var. 5 ay ərzində çox sular bulana və durula bilər. Düşünürəm ki, mavilərə qarşı törədilən terrorun namizədlərə bağlılığı çox azdır".

Bununla belə R.Nurullayev Orlandodakı terrorun seçkilərə ciddi təsir edə biləcəyini qeyd edib:

"Bu hadisə seçkilərə ciddi təsir göstərmək iqtidarındadır və bu daha çox Respublikaçılara uğur gətirə bilər. Amerika cəmiyyəti doğurdan da, Demokratların passiv xarici siyasətindən yorulmuş kimi görünürlər."

Politoloq deyib ki, əslində, Respublikaçıların uduş şansı çoxdur, amma namizədlərinin şəxsiyyətinə münasibət birmənalı deyil. Onun üçün də Donald Trampın imicinin düzəlməsi və eyni zamanda Amerika cəmiyyətinin özünün Trampa uyğunlaşdırılması prosesinin başlanması da realdır.

"Seçkilər yaxınlaşdıqca, sürpriz hadisələr ard-arda da düzülə bilər. Bu proseslər ya Donaldı prezident kürsüsünə daşıyacaq, ya da seçki başlamamış iflasına aparacaq" — deyə R.Nurullayev əlavə edib.

Xatırladaq ki, iyunun 12-də Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Hadisənin əfqan əsilli Ömər Martin tərəfindən törədildiyi qeyd olunub.

Xəbər lenti
0