SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyaya qarşı sanksiyalar barədə ABŞ və Avropanın mövqeləri ayrıdır

© Photo : Pauldorpat.comAvropa əhalisi. Arxiv şəkli
Avropa əhalisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb ölkələrində “2016-cı ilin iyununda Rusiyaya qarşı sanksiyaları uzatmaq, yoxsa ləğv etmək lazımdır?” mövzusunda sorğu keçirilib.

BAKI, 14 iyun — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə Avropada sorğulanan əhalinin az qala yarısı – 47%-i Rusiyaya qarşı sanksiyaların bu ilin iyununda dayandırılmasına tərəfdar çıxıb. İtaliyada 51%, Almaniyada – 48%, Fransada isə 43% əhali bu mövqeyi dəstəkləyir. ABŞ-da sanksiyaların ləğv edilmıəsinə cəmi 29% insan tərəfdar çıxıb. Məlumatlar Fransanın məşhur Ifop və Böyük Britaniyanın Populus sorğu şirkətləri tərəfindən Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirilmiş sorğunun nəticəsində əldə edilib.

Sanksiyaların uzadılmasını ən çox ABŞ əhalisi istəyir. Belə ki, “2016-cı ilin iyununda Rusiyaya qarşı sanksiyaları uzatmaq, yoxsa ləğv etmək lazımdır?” sualına cavab olaraq 42% amerikalı "uzadılmalıdır" variantını seçib. Almaniya və Fransada bu cavabı seçənlərin sayı müvafiq olaraq 31% və 29% olub, İtaliyada isə buna tərəfdar çıxanlar 27% təşkil edib. Məsələ ilə bağlı mövqelərini müəyyən edə bilməyənlər Almaniyada 21%, İtaliyada 22%, Fransada 28% və ABŞ-da 29% olub. 

Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyaları 2014-cü ildə qəbul olunub. Bu il iyunun sonunadək AB Rusiyaya qarşı sanksiyaların uzadıb-uzatmayacğı barədə son qərarı verməlidir.

ABŞ və İtaliyada sorğu 15-21 aprel tarixlərində Populus şirkəti tərəfindən keçirilib. Fransa və Almaniyada sorğunu ictimai rəyin öyrənilməsi ilə məşğul olan IFop şirkəti 14-18 aprel tarixlərində aparıb. Cəmi rəy sorğusunda 4010 nəfər iştirak edib: ABŞ-da 1002 nəfər, Almaniyada 989 nəfər, Fransada 1008 nəfər, İtaliyada 1011 nəfər. Ölkə üzrə məlumatlarda səhv maksimum 3,1% təşkil edə bilər, etibarlılıq ehtimalı 95%-dir.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0