05:25 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
DÜNYA
Qısa URL
2901

Onların arasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçəli, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.

BAKI, 11 iyun — Sputnik. Türkiyədə 57 millət vəkili barəsində istintaq başlayıb.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, onların arasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçəli, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.

57 millət vəkili haqqında 117 cinayət işi əlaqədar prokurorluqlara göndərilib.

Ədliyyə naziri Bəkir Bozdağ HDP millət vəkilləri haqqında 94, CHP millət vəkilləri haqqında 16, MHP millət vəkilləri haqqında üç, Ak Parti millət vəkilləri haqqında dörd cinayət işinin prokurorluqlara göndərildiyini açıqlayıb.

Göndərilən cinayət işlərindən 15-i Səlahəddin Dəmirtaşa aiddir.

Figen Yüksekdağın cinayət işlərində isə "cinayət törətmək məqsədiylə təşkilat qurduğu, terror təşkilatını təbliğ etdiyi, cinayət işləməyə açıq-aşkar təhrik etdiyi" irəli sürülür.

CHP sədri Kamal Kılıcdaroğlu barəsində 5 cinayət işi üzrə, MHP sədri Dövlət Bağçəli barəsində isə 2 cinayət işi üzrə istintaq aparılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millət vəkilinin toxunulmazlığı ilə bağlı Konstitusiyada dəyişiklik edilməsini nəzərdə tutan 6718 saylı Qanunu təsdiqləyib.

Türkiyə Böyük Millət Məclisi cari ilin may ayında sözügedən qanun layihəsini qəbul edib. 550 parlamentaridən 376 nəfəri qanunun lehinə səs verib.

Əsas mövzular