14:40 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
ABŞ-ın Avropa Komandanlığının (EUCOM) sabiq komandiri general Filipp Breedlove

Birləşmiş Ştatlardan Türkiyəyə dəstək jesti

© AFP 2018 / Thierry Monasse
DÜNYA
Qısa URL
15 0 0

General Filipp Breedlove Birləşmiş Ştatları Türkiyəyə dəstək verməyə çağırıb.

BAKI, 10 iyun — Sputnik. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) sabiq komandiri general Filipp Breedlove Birləşmiş Ştatları Türkiyəyə dəstək verməyə çağırıb.

"Türkiyə bizim üçün əhəmiyyətli bir müttəfiqdir və çətin bir bölgədə sıxışmış vəziyyətdədir. Cənubunda vətəndaş müharibəsi yaşanır. Şimalında olan Karadeniz isə getdikcə narahat bir hal alır", — general deyib.

Türkiyənin mühüm geostrateji bölgədə yerləşdiyini qeyd edən Breedlove, Vaşinqtonun Ankaraya daha çox diqqət ayırmalı olduğunu vurğulayıb: "Türkiyə Suriyada baş verən daxili savaşdan dolayı, yaşanan qaçqın böhranından digər ölkələrin zərər görməməsi üçün əlindən gələni etməyə çalışır. Bu sahədə hələ görüləsi çox işlər də var". 

Məsələ ilə əlaqədar Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Sputnik-ə açıqlamasında deyib ki, ABŞ və Türkiyə müttəfiqdirlər, NATO-nun üzvüdürlər. Bundan gələn öhdəlikləri hər iki ölkə yerinə yetirməlidir. İkincisi, Türkiyə 10 illərdir ki, terrorla mübarizə aparır. Bu dünya üçün aktual problemdir. Qlobal miqyasda koalisiya yaranmadan, mübarizə aparmadan hər hansı bir və ya iki dövlətin mübarizə aparması lazımi effekti verməyəcək. Bütün terrorla mübarizə aparan dövlətlər bunu anlamağa başlayıblar. Terrorla mübarizə çərçivəsində ABŞ Türkiyəyə dəstək verməlidir.   

Politoloq deyib ki, üçüncü məsələ ABŞ-ın strateji müttəfiqi olan Türkiyənin böhranlı bölgədə yaşamasıdır. Türkiyə ətrafında çoxsaylı böhranlar, konfliktlər, vəkalət müharibələri gedir. Regional sabitliyin yaranması baxımından da Amerika Türkiyəyə dəstək verməlidir. 

O, bildirib ki, dördüncü məsələ regionda yaranmış humanitar böhrandır və bu böhranın ağırlığının əsas hissəsini Türkiyənin öz üzərinə götürməsidir. Türkiyə bu işdə uğur qazanacaqsa,  ABŞ-ın xüsusən də onun Avropa müttəfiqlərinin maraqlarına uyğundur. Çünki, miqrant böhranı  Avropa İttifaqında çox ciddi daxili sarsıntılara səbəb olub. 

S. Əkbər qeyd edib ki, ABŞ-ın Türkiyəyə diqqət və dəstəyi üçün kifayət qədər ciddi əsaslar var və Amerikalı generalın açıqlamasını əsaslı hesab edirəm. 

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl Sputnik-ə açıqlamasında deyib ki, ABŞ Türkiyəyə dəstəyi mütləq verəcək: “Çünki, Türkiyə çox əhəmiyyətli bir coğrafi bölgədə yerləşir. Üstəgəl Türkiyənin ətraf bölgələrə təsiri kifayət qədər var. Bu təsir azalsa, Türkiyə bölgədə sona qədər sıxışdırılsa, bu birinci ABŞ üçün çətin olacaq. Çünki, sıxışdırılmanın başında Rusiya dayanır. Rusiya isə ABŞ-ın ən böyük rəqiblərindən biridir. Türkiyənin zəifləməsi ABŞ-ın maraqlarına böyük zərbə ola bilər. 

“Amerikanın indiki dönəmində, prezident seçkiləri ərəfəsində olduğu bir vaxtda daxilə daha çox diqqət ayrılır. Ona görə də hərbçilərin belə narahatçılığı, onu bildirməsi təbiidir. Çünki, hərbçilər daima Amerikanın maraqlarının müdafiəçisidir nəinki siyasilər”-deyə ekspert qeyd edib.

Əsas mövzular