Dünyada ən keyfiyyətli suyu və çimərlikləri olan ölkələrin adları açıqlanıb

© Sputnik / Seleznev / Mediabanka keçidFin gölü
Fin gölü - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada ən pis vəziyyət Albaniyadadır.

BAKI, 10 iyun — Sputnik. Fin gölü suyun keyfiyyətinə görə çimmək üçün ən yaxşı yer adlandırılıb. 

Sputnik Фонтанка.fi-yə istinadla xəbər verir ki, Avropanın Ətraf Mühit Agentliyinin ekspertləri Finlandiyanın 250 su obyektindən (ümumi suyun 83%-i) nümunələr götürüblər. Çimmək üçün istifadə olunan suyun keyfiyyəti “əla” qiymətləndirilib. 

Bu ölkədə 28 su mənbəyi “yaxşı” qiymət alıb. Altı su obyekti isə istifadəyə yararlı hesab edilib. Yoxlanılmış 301 su anbarından cəmi ikisindəki suyun keyfiyyəti qeyri-kafi qiymətləndirilib. 

Avropada sahil sularının və daxili suların analizi zamanı məlum olub ki, ən yüksək keyfiyyətli sular Lüksemburq, Xorvatiya, İtaliya və Avstriyadadır. Mütəxəssislər bu ölkələrin su mənbələrinin 90%-nin keyfiyyətini yüksək qiymətləndiriblər. 

Ən pis vəziyyət Albaniyadadır. Bu ölkədəki su anbarlarının 40%-də suyun keyfiyyəti çox aşağıdır. 

Bir qədər əvvəl isə qeyd edilib ki, İspaniya çimərlikləri dünyanın ən yaxşı çimərlikləri kimi qiymətləndirilib. 


Xəbər lenti
0