Məhəmməd Əlinin cənazə mərasimində Ərdoğana qarşı böyük hörmətsizlik

© REUTERS / Lucas JacksonTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya şöhrətli boksçu Məhəmməd Əlinin cənazə namazında
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya şöhrətli boksçu Məhəmməd Əlinin cənazə namazında - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidentinin Kəbə örtüyünün bir parçasını tabutun üzərinə qoymaq istəyinə, həmçinin mərasimdə "Quran" oxunmasına icazə verilməyib. Türk və amerikalı mühafizəçilər arasında mübahisə yaşanıb.

BAKI, 10 iyun — Sputnik. Əfsanəvi boksçu Məhəmməd Əlinin cənazə mərasimində iştirak etmək üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər proqramını yarıda kəsərək ölkəsinə geri dönmək qərarını verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsciddə namaz qılarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan Məhəmməd Əlinin cənazə namazını qılacaq

Sputnik haberler-ə istinadla xəbər verir ki, Ərdoğan Cümə günü torpağa tapşırılacaq Məhəmməd Əlinin mərasiminə qatılmadan, Ahıska türklərinin verdiyi iftar yeməyindən sonra Türkiyəyə dönmək qərarına gəlib. Məhəmməd Əlinin cənazə mərasimində Ərdoğanın kəbə örtüyünün bir parçasını tabutun üzərinə qoymaq istədiyi, lakin buna amerikalılar tərəfindən icazə verilmədiyi bildirilir. "Biz sonra qoyarıq" deyə Ərdoğanın istəyinə rədd cavabı verilib.

Bundan başqa, Ərdoğanın və Türkiyənin Diyanət İşləri rəhbəri Mehmet Görmezin "Quran" oxumaq istəyinə də izn verilməyib. Ərdoğan bundan sonra proqramını yarıda kəsərək geri dönmək qərarına gəlib.

Bu arada cənazə namazı əsnasında amerikalı və türkiyəli mühafizəçilər arasında mübahisə də yaşanıb.


Onu da qeyd edək ki, Ərdoğan ABŞ-da mətbuat nümayəndələrinə açıqlama verərək, "Bəşər Əsəd bir qatildir. 600 min vətəndaşını qətlə yetirib. 12 milyon vətəndaşının öz vətənindən didərgin düşməsinin səbəbkarıdır. Dövlət terroru törədən bi şəxsdir" deyə bildirib.

Nəhayət, ABŞ-ın Louisville şəhərində Məhəmməd Əli cənazə mərasiminə qatılan Türkiyə Prezidenti, özəl təyyarəsi ilə ABŞ-dan ayrılıb.

Xəbər lenti
0