"Məzar qazmanın prestijini artırmaq və daha çox gənci bu peşəyə təşviq etmək" məqsədi ilə keçirilən yarışda ev sahibi olan komanda qalib gəlib
BAKI, 8 iyun — Sputnik. Macarıstanda təşkil edilən bir çempionat bəlkə də dünyanın ən maraqlı yarışı ola bilər. Sputnik milliyet-ə istinadla xəbər verir ki, bu ölkədə ən sürətli qəbir qazma yarışı keçirilib.
Macarıstanın Debrecen şəhərində, hər biri 2 nəfərdən ibarət 18 komanda ən sürətli məzar qazma üzrə yarışıb. "Qəbir qazmanın prestijini artırmaq və daha çox gənci bu peşəyə təşviq etmək" məqsədi ilə keçirilən yarışın qalibi ev sahibi olan Debrecen şəhərinin komandası olub. Bu komanda yarım saatdan az bir müddətdə qazma əməliyyatını tamamlayaraq birinci olub.
Macarıstan Cənazəçilər Birliyinin rəhbəri Zoltan Juracsik bu yarışın qorxunc bir iş olmadığını deyib. "Bu, professional bir işdir", — baş cənazəçi deyib.
Macarıstanın Debrecen şəhərində "Qəbir qazmanın prestijini artırmaq və daha çox gənci bu peşəyə təşviq etmək" məqsədi ilə yarış keçirilib
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.
Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılır.