Almanlara İncirlik şoku

© AFP 2023 / STRİncirlik hərbi bazası
İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə alman jurnalistlərin sözügedən hərbi bazaya planlaşdırılan ziyarətinə qadağa qoyub

BAKI, 8 iyun — Sputnik. Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" qərarından sonra, almaniyalı jurnalistlərin İncirlik hərbi bazasına girişinə qadağa qoyulub.

İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Türkiyədən Almaniya ilə bağlı radikal qərar

Türkiyə hökuməti alman media mənsublarının sözügedən hərbi bazanı ziyarət etmə istəyinə rədd cavabı verib. Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, bir qrup alman jurnalistin İncirlik hərbi bazasına planlaşdırdığı ziyarətə Türkiyə tərəfdən icazə verilməyib.

Bilidirilir ki, İŞİD-lə mübarizəyə qatılan Almaniyanın "Tornado" tipli döyüş təyyarələrinə iyunun 7-də baxış keçirilməliydi. Bu ziyarət əslində mart ayı üçün planlaşdırılmışdı. Ancaq Ankarada baş verən terror hücumundan sonra təhlükəsizliklə əlaqədar təxirə salınmışdı.

Xəbər lenti
0