Türkiyədən Almaniya ilə bağlı radikal qərar

© AFP 2023İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Bundestaqın qondarma "erməni soyqırımı" qərarından sonra Almaniyanın İncirlik bazası ilə bağlı tələblərinin rədd ediləcəyi gözlənilir

BAKI, 7 iyun — Sputnik. Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" qərarından sonra bir sıra kiritik addımlar atmağa hazırlaşan Türkiyənin, Almaniyanın İncirlik bazası ilə bağlı tələblərini də rədd edəcəyi gözlənilir.

Almaniya Bundestaqının iclası. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Qondarma "soyqırımı" qərarı almanları necə peşman edəcək?

Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, aprelin sonunda alman ordusunun İŞİD-lə mübarizədə istifadə etdiyi "Tornado" tipli döyüş reaktivləri üçün İncirlikdə hərbi baza yaratmağı planlaşdırdığı və bunun üçün Türkiyə hökuməti ilə görüşdüyü bildirilmişdi. Bunun üçün Almaniya, əsgərlərin təchizatı ilə birlikdə 65 milyon avro investisiya qoymağı planlaşdırıb.

Görüş fevralın 26-da Türkiyə və Almaniya hərbi hava qüvvələri arasında başlamışdı və müzakirələr davam edirdi. "Soyqırımı" qərarından sonra isə, Türkiyənin Almaniyanın İncirlik bazası ilə bağlı tələblərini təxirə salması gündəmə gəlib.

Türkiyənin hansı tədbirlər görəcəyi ilə əlaqədar danışıqlar bu həftə başlayacaq. Türkiyəyə məsləhətləşmələr üçün geri çağırılan səfir Avni Karslıoğlu məsələ ilə bağlı görüşlər keçirəcək.

Xəbər lenti
0