10:27 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
16910

Ölkənin milliyyətçi siyasi lideri Məsut Özili hədəf seçib. Lakin nə kansler Merkel, nə də Almaniya Futbol İttifaqı siyasətçinin Özil əleyhinə fikirlərinə hansısa bir şərh verib.

BAKI, 6 iyun — Sputnik. Almaniyanın millətçi Alternativ Partiyasının (AFD) rəhbərliyi alman milli yığma komandasındakı mühacir əsilli futbolçuları, xüsusilə də türkləri hədəfə alıb. AFD-nin sədr müavini Aleksandr Gauland (Alexander Gauland) alman milli komandasının Qana (Gana) əsilli futbolçusu Jerome Boateng ilə heç kəsin qonşu olmaq istəmədiyini deyərək etirazlara səbəb olmuşdu. Hətta Almaniyanın federal kansleri Angela Merkel də Boatengə tərəf çıxaraq AFD-yə etirazını bildirmişdi.

İndi isə AFD-nin lideri Frauke Petry Almaniyanın Türkiyəyə münasibətini şərh edərkən, Məsut Özil nümunəsini hədəf seçib. O, Özilün ümrəni ziyarət etməsini və milli komandada Almaniya milli marşını oxumamasını əlində bayraq edərək, onun Almaniya yığmasında iştirakına etirazını bildirib.

"Die Welt am Sonntag" qəzetinə müsahibəsində Petry deyib: "Düşünürəm ki, Məsut Özil şəriət qaydaları ilə yaşayan adam deyil. İctimaiyyət arasına birlikdə çıxdığı qadınların baş örtüyü taxdığını görməmişik. Gənclər və uşaqlara nümunə olan Məsut Özilin milli marşı komanda yoldaşları ilə birlikdə oxumaması təəssüf doğurur. Ümrə ziyarətini bütün dünyaya göstərir. Özildən soruşmaq lazımdır ki, ümrə ziyarəti ilə bağlı siyasi açıqlamalar vermək fikri yoxdur ki?!".

Petry hakimiyyətə gələrlərsə, minarələri və moizələri qadağan edəcəklərini növbəti dəfə dilə gətirib: "İslama qarşı münasibətdə ardıcıl olacağıq. İslam dərnəklərinin kilsələrlə eyni haqlara malik olmasının qarşısını alacağıq".

Qeyd edək ki, Angela Merkel Qanadan olan futbolçuya bəslədiyi münasibəti türk futbolçu Məsut Özülə bəsləməyib. O, AFD sədrinin irqçi və Özül əleyhinə fikirlərinə münasibət bildirməyib.

Türk mediası Merkelin Özilə münasibətini Türkiyəyə olan münasibət kimi qələmə verib. Almaniyanın Futbol İttifaqı DFB də siyasətçinin Özil əleyhinə fikirlərinə heç bir şərh verməyib.

Əlaqədar

Ərdoğan: Almaniya rəhbərləri hansı üzlə bizim qarşımıza çıxacaqlar?
Baş nazirdən Almaniyaya sərt etiraz
Diqqətlər Almaniyada: Türk dünyası əleyhinə radikal qərar verilə bilər
Almaniya bundestaqı qondarma "erməni soyqırımı"nı tanıdı
Türkiyə Almaniyadakı səfirini geri çağırdı
Teqlər:
ayrı-seçkilik, Məsut Özil, Jerome Boateng, Aleksandr Gauland, Alternativ Partiyası, futbolçu, Almaniya

Əsas mövzular