Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov haqqında bunları bilirdiz?

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər nazirinin şairliyi də varmış.

BAKI, 2 iyun — Sputnik. Rusiyanın xarici siyasətinə 12 ildir istiqamət verən xarici işlər naziri Sergey Lavrov xarizmatik, ciddi imicə malik siyasətçi olmaqla yanaşı, siyasi dairələrdə futbola olan sevgisi və yumor hissi ilə də tanınır. 

Ötən gün “Komsomolskaya Pravda” qəzetinə verdiyi videomüsahibədə Lavrov, idmanla əlaqəsi, vərdişləri, uşaqlığı ilə bağlı bir çox suallara cavab verib. 

Lavrovun sözlərinə görə, o, hərdənbir siqaret çəkir. 2003-cü ildə Nyu Yorkdakı BMT qərargahının kafe və barlarında siqaretin çəkilməsinin baş katib Kofi Annan tərəfindən qadağan edilməsini təəssüflə qarşılayıb. 

Həmin vaxt Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan Lavrov, “İzvestiya” qəzetinə verdiyi müsahibədə demişdi ki, “BMT-nin binası bütün üzv ölkələrə aiddir. Baş katib isə sadəcə icarəyə götürülmüş bir müdirdir."

Lavrov, “Komsomolskaya Pravda”nın XİN-in binasında siqaret çəkib-çəkmədiyi barədə sualına  cavabında deyib: "Mən Rusiya qanunlarını poza bilmərəm. Amma məncə Rusiyada qanunlar Avropadakı qanunlarla müqayisədə bir qədər irəli gedib. Əslində qanunda siqaret çəkməyənləri narahat etməyəcək bəzi dəyişiklikləri etmək mümkündür”. 

Müsahibəsində uşaq vaxtı valideynlərinin ona çox da ağır cəzalar vermədiyini vurğulayan Lavrov, “uşaqlıq vaxtlarınıza məktub yazmaq imkanınız olsaydı, özünüzə nəyi demək istəyərdiz” sualına cavabında deyib: “Sergey, qarşında çox maraqlı bir həyat var."

Lavrov iş proqramının gərgin olmasının, davamlı olaraq bir yerdən başqa yerə uçmasının onun yuxu rejiminə mane olub-olmadığına da aydınlıq gətirib: “Gecələr yatıram. Həmişə olduğum ölkənin vaxt rejiminə uyğun yaşamağa çalışıram”. 

Lavrov yeməklərlə arasının necə olduğunu da açıqlayıb: “Bir ölkəyə gedəndə mütləq oranın sfesifik yeməklərindən dadmalısız. Ora Çin, Yaponiya, İtaliya da olsa, fərqi yoxdur. Mənsə hər nə oldu, yeyə bilərəm.” 

Sən demə, Rusiyanın xarici siyasət idarəsinin rəisi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun marşının müəllifidir. Onun sözlərinə görə, keçmişdə tez-tez şeir yazırmış. Amma zaman keçdikcə, bu işi buraxmaq məcburiyyətində qalıb. "Düşünürəm ki, artıq buna vaxtım yoxdur"- deyə bildirib. 

Lavrov öz həyatında idmana xüsusi yer verən siyasətçilərdən biridir. Raftinq və futbol onun sevimli idman növləridir. “Spartak Moskova”nın tərəfdarı olan Lavrov davamlı olaraq idman zallarına getməyə çalışdığını və digər idman növləri ilə də arasının yaxşı olduğunu deyib. 

Lavrova, Səudiyyə Ərəbistanında oranın rəhbərliyi ilə birgə keçirdiyi mətbuat konfransında mikrofonun açıq olduğunu bilmədən “debillər” ifadəsini işlətdiyini də xatırladıblar. Onun bu ifadəsi internetdə və sosial şəbəkələrdə ən çox hallanan mövzulardan olmuşdu. O, bu barədə suala cavabında deyib: “Üzr istəyirəm, amma mikrofonun bağlı olduğunu düşünərək bəzi sözləri deyən adam tək mən deyiləm. Belə hallar Kameronun (Böyük Britaniyanın baş naziri) və Obamanın (ABŞ prezidenti) da başına gəlib.

Xəbər lenti
0