10:04 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Fransalı xilasedicilər kiçik qayıqlarla insanları təxliyyə edirlər

Avropada həyat dayandı

© REUTERS / Christian Hartmann
DÜNYA
Qısa URL
129901

Bir neçə gündür davam edən şiddətli yağışlar nəticəsində Almaniya, Fransa və Avstriyada bir sıra bölgələr sular altında qalıb

BAKI, 2 iyun-Sputnik. Bir neçə gündür, davam edən şiddətli yağışlar nəticəsində Almaniya, Fransa və Avstriyada bir sıra bölgələr su altında qalıb. Sputnik hürriyet-ə istinadla xəbər verir ki, paytaxt Parisdə həftənin əvvəlindən bəri davam edən leysan yağışları səbəbindən Seine çayı daşıb, çay kənarındakı yollar bağlanıb.

Fransa Meteorologiya İdarəsi ölkədə 19 bölgədə "narıncı həyəcan siqnalı"nın verildiyini və daşqın riskinin davam etdiyini elan edib. Səlahiyyətlilər 4 saat yağan yağışdan sonra çayın səviyyəsinin 40 santimetr yüksəldiyini bildirib.

  • Şiddətli yağışlar Almaniyanın Bavyera əyalətindən də yan keçməyib
    Şiddətli yağışlar Almaniyanın Bavyera əyalətindən də yan keçməyib
    © REUTERS / Michaela Rehle
  • Bavyera sel altında qalıb
    Bavyera sel altında qalıb
    © REUTERS / Michaela Rehle
  • İnsanlar dağıntıları yığışdırmağa çalışır
    İnsanlar dağıntıları yığışdırmağa çalışır
    © REUTERS / Michaela Rehle
  • Fransanın xilasetmə qrupları sakinləri təhlükəli ərazilərdən evakuasiya edirlər
    Fransanın xilasetmə qrupları sakinləri təhlükəli ərazilərdən evakuasiya edirlər
    © REUTERS / Christian Hartmann
1 / 4
© REUTERS / Michaela Rehle
Şiddətli yağışlar Almaniyanın Bavyera əyalətindən də yan keçməyib

Almaniyanın Bavyera əyalətindəki şiddətli yağışların yol açdığı sel fəlakətində bəzi kəndlərin metrlərlə yüksəklikdə suların altında qaldığı bildirilib. Fəlakət bölgəsində indiyədək dörd nəfər boğularaq həyatını itirib. Triftern, Simbach bölgələri fəlakət zonası elan edilib.

Evlərin zəmin qatları və yer altı qarajları sular altında qalarkən, çoxlu sayda avtomobil sel sularına qapılıb və fəlakət qurbanları vertolyotlarla evakuasiya edilib.

Əlaqədar

Lerik sel suları altında qalıb
Sel 150-dən artıq insanın həyatına son qoydu
Güclü daşqınlar Batumini iflic edib
Daşqından sonra Tiflis zooparkı
Teqlər:
daşqın, şiddətli yağış, Avstriya, Fransa, Almaniya, sel

Əsas mövzular