Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Fransada qaçqınlar arasında dava düşdü

© REUTERS / Pascal Rossignol/File PhotoFransanın Kale şəhərindəki qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında dava düşüb
Fransanın Kale şəhərindəki qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında dava düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə dünən axşam baş verib.

BAKI, 27 may – Sputnik. Fransanın Kale şəhərindəki qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında düşən dava nəticəsində 3 mühacir ölüb, 40-ı yaralanıb.

Sputnik Posta-ya istinadən xəbər verir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır. 

Xəbərə görə hadisə dünən axşam baş verib. Əfqanıstan və Sudandan olan qaçqınlar arasında qarşıdurma olub. Davadan sonra Əfqanıstandan olan qaçqınlar mühacirlərin yaşadığı 250 çadırı yandırıb.

Sözügedən qaçqın düşərgəsində 5 min mühacir yaşayır. Ora dünyanın ən təhlükəli qaçqın düşərgələrindən biri hesab olunur. Həmin düşərgədə narkotik maddə və silah əldə etməyin asan olduğu deyilir. Bundan başqa orada müxtəlif mafiya qrupları fəaliyyət göstərir. 

Xəbər lenti
0