06:11 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
17 0 0

Yaponiyada G7 Zirvəsi başlayıb. Toplantıda qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər və risklər, inkişaf etməkdə olan iqtisadiyyatlarda yaşanan durğunluq və digər məsələlər müzakirə olunacaq.

BAKI, 26 may — Sputnik. Nəhəng iqtisadiyyata malik olan 7 ölkənin liderlərini bir araya gətirən G7 Zirvəsi, Yaponiyanın ev sahibliyi ilə Kaşikojima adasında başlayıb. Sputnik xəbər verir ki, iki gün davam edəcək sammitdə əsas olaraq iqtisadiyyat və ticarət məsələləri müzakirə ediləcək.

Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər və risklər, inkişaf etməkdə olan iqtisadiyyatlarda yaşanan durğunluq, neftin qiymətlərinin aşağı düşməsi və geriləyən ticarət dövriyyələri toplantının gündəmində duran məsələlərdir.

Zirvədə xarici siyasət məsələlərinə də baxılacaq. Şimali Koreyanın nüvə proqramı, Çinin Şərqi və Cənubi Çin dənizində fəaliyyəti, Orta şərqdə yaşanan hadisələr, miqrant böhranı, terrorla mübarizə və Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik yığıncaqda müzakirə ediləcək.

Ən son 2008-ci ildə Hokkaidoda keçirilən G7 zirvəsinə ev sahibliyi edən Yaponiya, 8 il aradan sonra yenidən dünya liderlərinə ev sahibliyi edir. Bu dəfəki zirvə Tokionun, təxminən 300 kilometr cənub-qərbində, Kii yarımadasının Sakit okean sahilində yerləşən İsə və Şimea şəhərlərində keçirilir.

Liderlərin bir araya gələcəyi yer olaraq Kaşikojima adası seçilib. 1929-cu ilə kimi heç kimin yaşamadığı ada bölgədə dəmiryolunun inşası ilə inkişaf edib. Yığıncağın təhlükəsizliyinin təmin edilməsi üçün 23 min polis vəzifəsini yerinə yetirir.

"Böyük yeddilik"ə ABŞ, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Yaponiya və Kanada daxildir. Qrupda Avropa Birliyi də təmsil edilir.

Əlaqədar

G7 Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır
G7 zirvəsində Rusiyaya qarşı sərt bəyanatlar
Tusk: G7-də Rusiyanın qayıtmasını istəyirlər
G7 sammiti öz işinə başlayır
Teqlər:
Kanada, Yaponiya, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Böyük yeddilik, G7, iqtisadiyyat

Əsas mövzular