Türk ordusu Suriyaya girib?

© AP Photo / Emre TazegulTürkiyə ordusu
Türkiyə ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinə bağlı bəzi birliklərin buldozer, tank və çoxlu sayda yük maşını ilə, Mardinin Nusaybin mahalının yaxınlığından Suriya torpaqlarına girdiyi iddia edilir

BAKI, 23 may — Sputnik. Türkiyə Silahlı Qüvvələrinə bağlı bəzi birliklərin, tank və buldozerlərlə Suriyaya girərək istehkam qurmağa başladığı iddia edilir. Bu barədə Sputnik Türkiyənin "Doğan" xəbər agentliyinə istinadla xəbər verir.

İranın yarırəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, Kürdüstan Vətənpərvərlər Birliyindəki (KYB) mənbələr Türkiyə əsgərlərinin bir buldozer, iki tank və çoxlu sayda yük maşını ilə, dünən yerli saatla 09.45-də Mardinin Nusaybin mahalının yaxınlığından Suriya torpaqlarına girdiyini iddia ediblər. Xəbərə görə, şahidlər KYB media mərkəzinə, türk əsgərlərin istehkam qurmağa başladığını deyiblər.

Lakin, Türkiyə hərbi mənbələri yayılan xəbəri təkzib edib. Hərbi mənbələrdən "Doğan" xəbər agentliyinə verilən açıqlamada xəbərdə yer alan iddiaların həqiqətə uyğun olmadığı deyilib.

Xəbər lenti
0