19:13 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Sadiq Xan, Londonun yeni meri

Sürücünün mer oğlu

© REUTERS /
DÜNYA
Qısa URL
1301

Londonu bundan sonra müsəlman mer idarə edəcək.

BAKI, 7 may – Sputnik. İngiltərənin Leyboristlər Partiyasından olan namizəd Sadiq Xan Londonun yeni meri vəzifəsinə seçilib.

Sputnik BBC-yə istinadən xəbər verir ki, Xan bu vəzifəni tutan ilk müsəlman kimi tarixə düşüb.

Məlumata görə, onu 44 faizdən çox seçici dəstəkləyib. Digər namizəd Zaka Qoldsmitə isə 35 faiz səs verib.

Pakistanda fəhlə ailəsində anadan olan Xan 1960-cı ildə Böyük Britaniyaya gəlib. Atası avtobus sürücüsü olub. O, səkkizuşaqlı ailənin beşinci övladıdır. Saadiya Əhməd adlı xanımla ailəli olan merin iki qızı var.

46 yaşlı Sadiq Xan insan haqları sahəsində ixtisaslaşan hüquqşünasdır. 2008-2009-cu illərdə yerli idarəetmə məsələləri üzrə dövlət naziri postunda, daha sonra bir il nəqliyyat məsələləri üzrə dövlət naziri vəzifəsində çalışıb.


Əsas mövzular