Çindəki 90 futbol meydançası böyüklüyündə fabrik kimindir?

© Sputnik / Iliy PitalevThe flag of China
The flag of China - Sputnik Azərbaycan
Abunə olmaq
Burada istehsal edilən iPhonun qiyməti təxminən 1073 manatdır.

BAKI, 30 apr — Sputnik. Texnologiya nəhəngi “Apple” şirkətinin Çində 50 min insanın çalışdığı iPhone fabriki ilk dəfə görüntülənib.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Çində iPhone istehsal edən firmalardan biri olan “Pegatron” ilk dəfə fabrikin içindən bir görüntü paylaşıb.

Çində bu firmalar təhlükəsizlik baxımından fotolar paylaşmırlar, ancaq “Pegatron” firması ilk dəfə bunu etdi. İşçilərin üzərini fabrikə girib və çıxarkən axtarırlar. Yeni iPhone modellərinin sızdırılmaması üçün şəxsi heyətə içəriyə fotoaparat gətirməsinə maneə törədilir. Eyni zamanda, şəkil çəkmək olmaz.

90 futbol meydançası böyüklüyündəki fabrikin daxili işləri indiyə qədər bir sirr kimi saxlanırdı.

Çin İşçi İzləmə Təşkilatına görə burada işçilər ayda 2 min 20 yuan yəni, 510 manat maaş alırlar. İstehsal etdikləri iPhonenin Çindəki qiyməti isə 6 min 488 yuan yəni, təxminən 1073 manatdır.

Fevral ayında 26 yaşındakı bir işçinin fabrikdə 12 saat çalışdıqdan sonra öldüyü iddia edilir. Tian Füle adlı gənc Şanxay yaxınlığında bir yataqxananda ölü tapılmışdı. Ancaq fabrika ölümü ilə iş şəraiti arasında bir əlaqənin olmadığını müdafiə edir.

Xəbər lenti
0