Tarixdə ilk dəfə dolların siması belə olacaq

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ hökuməti 5, 10 və 20 dollarlıq əskinasları yenidən hazırlamaq qərarına gəlib. Yeni əskinasların üzərində qaradərili qadının şəkli əks olunacaq.

BAKI, 21 apr — Sputnik. ABŞ hökuməti 5, 10 və 20 dollarlıq əskinasları yenidən hazırlamaq qərarına gəlib. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, ABŞ dollarında ilk dəfə qaradərili bir qadının portretindən istifadə ediləcək.

© Photo : /Library of Congress/Handout via ReutersHarriet Tubman
Harriet Tubman - Sputnik Azərbaycan
Harriet Tubman

ABŞ-ın Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, yeni 20 dollarlıq əskinasların üz tərəfində köləlik əleyhdarı, Afrika mənşəli amerikalı qadın Harriet Tubmanın portreti əks olunacaq. Əskinasın arxa tərəfində isə ABŞ-ın yeddinci prezidenti olmuş Endrü Ceksonun və Ağ Evin şəkli yerləşdiriləcək. Beləliklə, yeni 20 dollar qaradərili bir qadının şəklini daşıyan ilk ABŞ əskinası olaraq tarixə düşəcək.

ABŞ dolları - Sputnik Azərbaycan
Dolları "məngənəyə salmaq" daha böyük fəlakətlərə səbəb ola bilər

ABŞ əskinaslarında ilk qadın təsviri 1891-1896-cı illərdə Marta Vaşinqton olub. Ön tərəfində ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamiltonun təsvir edildiyi 10 dollarlıq əskinasların arxa tərəfində isə 1913-cü ildə qadınlara səsvermə haqqı verilməsi üçün təşkil edilən yürüşü əks etdirən bir dizayn olacaq. Dizaynın ABŞ-ın öndə gələn qadın haqları müdafiəçilərinə hörmət əlaməti olaraq əks olunacağı bildirilib.

5 dollarlıq əskinaslarda isə paytaxt Vaşinqtonda olan Lincoln Abidəsində yaşanan və Amerika demokratiyası üçün əhəmiyyət daşıyan hadisələr təsvir ediləcək. Bu dizaynın içində Marian Anderson, Eleanora Ruzvelt və Martin Luther Kinq kimi adların olacağı gözlənilir.

ABŞ-ın maliyyə naziri Jak Lyu yeni əskinasların dizaynının amerikalı qadınların səs haqqı qazanmasının 100-cü ildönümü olan 2020-ci ilə qədər başa çatacağını qeyd edib.

ABŞ-ın maliyyə naziri bildirib ki, Harriet Tubmanın portretinin yeni 20 dollarlıq əskinaslarda əks olunması ilə bağlı qərar minlərlə yaşlı, gənc amerikalıdan gələn istəklərlə verilib: "Xüsusilə, uşaqların yazdığı Tubmanın yalnız tarixi bir şəxsiyyətdən çox, demokratiyada iştirak və liderlik baxımından bir rol model olduğunu göstərən münasibətləri məni çox çaşdırdı. Biz də əskinasda onun portretini yerləşdirərək onun irsini qorumağa, hörmət etməyə davam edəcəyik".

Xəbər lenti
0