04:56 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
58 0 0

Mövlud Çavuşoğlu: "Biz Gürcüstanın NATO üzvü olmağa layiq olduğunu düşünürük. Çünki Gürcüstan bütün zəruri tələblərə cavab verir"

BAKI, 20 apr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələrinin XİN başçılarının may ayında keçiriləcək iclasında Gürcüstanın zəruri Fəaliyyət Proqramı olmadan ittifaqa qoşulması məsələsini qaldıracaq. Sputnik Report-a istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu Strasburqda gürcüstanlı jurnalistlərə müsahibəsində deyib.

"Hesab edirəm ki, Gürcüstan NATO-ya üzvlük üçün Fəaliyyət Proqramı olmadan da alyansa daxil ola bilər. Texniki cəhətdən bu, olduqca mümkün görünür. Biz Gürcüstanın NATO-ya daxil olmasını tam dəstəkləyirik və mən bu məsələni may ayında keçiriləcək nazirlərin görüşündə qaldıracam", — deyə Türkiyə XİN başçısı bildirib.

O, əlavə edib ki, Türkiyə Gürcüstanın NATO üzvü olmağa layiq olduğunu düşünür: "Çünki Gürcüstan bütün zəruri tələblərə cavab verir".

Eyni zamanda Mövlüd Çavuşoğlu Türkiyənin bu mövzuda, təbii ki, heç bir zəmanət verə bilməyəcəyini açıqlayıb.

Əlaqədar

Bakıda NATO nümayəndəsi ilə cəbhədəki son hadisələr müzakirə olunub
NATO Qarabağdakı vəziyyətə münasibət bildirib
NATO qırıcıları Şoyqunun təyyarəsinin 2 kilometrliyindən uçub
NATO Rusiya sərhəddinin bir addımlığında
Qartal NATO-ya məxsus hava vasitəsini yerə salıb
NATO nümayəndə heyəti hərbi hissələrdə olub
Suriyada müharibə qızışır: NATO qırıcılarını bu ölkəyə göndərir
Teqlər:
Alyans, Gürcüstan, NATO, Mövlud Çavuşoğlu, Türkiyə

Əsas mövzular