SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Obamanın Səudiyyə Ərəbistanı səfəri başladı

Abunə olmaq
Barak Obama ərəb həmkarları ilə Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək.

BAKI, 20 apr – Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfər edib.

Sputnik The Guardian-a istinadən xəbər verir ki, Ağ ev rəhbəri, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Körfəz ölkələri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin başçıları ilə görüşəcək. 

Barak Obama ərəb həmkarları ilə Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək.

ABŞ prezidentinin Səudiyyə Ərəbistanından sonra Britaniya və Almaniyaya gedəcəyi qeyd olunub.

Xəbər lenti
0