Putin Əsədi postunda saxlayacağına dair zəmanət verib

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçidVladimir Putin və Bəşər Əsəd
Vladimir Putin və Bəşər Əsəd - Sputnik Azərbaycan
Abunə olmaq
David Davis: "Bu söhbət Putinlə Əsədin Moskva görüşündə baş tutub. Və Putin Əsədi posta qalacağına arxayın edib"

BAKI, 18 apr — Sputnik. "Rusiya Bəşər Əsədin müharibəni uduzmasına heç vaxt imkan verməyəcək". Bunu İngiltərənin Mühafizəkar partiyasından olan millət vəkili David Davis deyib.

Suriya prezidenti Bəşər Əsəd - Sputnik Azərbaycan
TƏHLİL
"Bəşər Əsəd getməsə, Suriyada dinclik olmayacaq"

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bəşər Əsədlə Suriyada təkbətək görüşdüyünü xatırladan Davis, bu sözləri ona Bəşər Əsədin şəxsən dediyini bildirib. O qeyd edib ki, bu söhbət Putinlə Əsədin Moskva görüşündə baş tutub. Və Putin Əsədə öz postunda qalacağına da zəmanət verib.

İngiltərədə özəl televiziya proqramına qonaq olan millət vəkili, Rusiyanın nə üçün öz qoşunlarını Suriyadan çəkdiyini də açıqlayıb: "Çünki beynəlxalq aləmdə Rusiya sülh danışıqlarını pozan tərəf kimi təqsirləndirilirdi".

Xəbər lenti
0