SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvadan Ankaraya mühüm mesaj

© AFP 2023 / ADEM ALTANVladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli
Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: "Türkiyə ilə Rusiya arasındakı mövcud münaqişə müvəqqəti xarakter daşıyır"

BAKI, 26 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə və Rusiya arasında mövcud münaqişənin müvəqqəti xarakter daşıdığını bildirib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, o, həmçinin ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlarda Rusiya və Türkiyə münasibətləri məsələsinin qaldırılmadığını qeyd edib.

Bundan əlavə, Zaxarova bildirib ki, Rusiya Suriyada terrorçuların mövqelərinə hava zərbələri endirərkən ölkədə gedən vətəndaş müharibəsinə müdaxilə etmiş olmayıb.

"Orada vətəndaş qarşıdurması var, lakin Hərbi Kosmik Qüvvələrin əməliyyatlarının ona heç bir adiyyəti yoxdur", — deyə Zaxarova "Azadlıq" radiosunun efirində söyləyib.

Xəbər lenti
0