Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Brüssel terrorunun şübhəlisi məşhur idmançının qardaşıdır

© REUTERS / Francois LenoirBelçika - Brüksel - Zaventem Havalimanı
Belçika - Brüksel - Zaventem Havalimanı - Sputnik Azərbaycan
Abunə olmaq
Nayim Laçraui taekvondoçu, dünya çempionatında ikinci yerin sahibi olmuş Mourad Laçrauinin qardaşıdır.

BAKI, 23 mar — Sputnik. Ötən gün Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Nayim Laçrauinin məşhur Belçika idmançısının qardaşı olduğu açıqlanıb. 

Sputnik-in xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Nayim Laçraui taekvondoçu, dünya çempionatında ikinci yerin sahibi olmuş Mourad Laçrauinin qardaşıdır.

Mourad Laçraui ötən il Belçikanı Koreyada keçirilən taekvondo üzrə dünya çempionatında təmsil edib və 54 kiloqramlıq çəki üzrə gümüş medal qazanıb.

Qeyd edək ki, Belçikanın RTBF dövlət televiziyası ötən gün Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxsin saxlanması barədə məlumat yayıb.

Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.

Bundan əvvəl isə hava limanında özlərini partladaraq öldürən terrorçuların Xalid və İbrahim Əl Bakraui qardaşları olduğu açıqlanıb.

Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.

Xəbər lenti
0