19:54 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Murtuz Nurməhəmmədi

Azərbaycan dilində kitab sərgisi təşkil etdiyi üçün həbs olundu

© Foto : VOA
DÜNYA
Qısa URL
14101

İran İnqilab Məhkəməsi azərbaycanlı gənci "pantürkizm təbliğatı" ittihamı ilə mühakimə edib. Murtuz Nurməhəmmədi Nadarlının nümayiş etdirdiyi kitablar müsadirə olunub.

BAKI, 15 mart — Sputnik. İranın Şərqi Azərbaycan vilayətində İnqilab Məhkəməsi, martın 14-də mədəni fəal Murtuz Nurməhəmmədi Nadarlını, Azərbaycan türkcəsində kitab sərgisi təşkil etdiyi üçün "pantürkizm təbliğatı" ittihamı ilə mühakimə edib. Sputnik "Amerikanın səsi"nə istinadla xəbər verir ki, bu barədə İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi xəbər verib.

Yayılan məlumata görə, Nurməhəmmədi Şərqi Azərbaycanın Şəbistər şəhərində İran polisinin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) şikayəti ilə məhkəməyə göndərilib. Şəbistər şəhərinin polis qüvvələri fevral ayının 3-də Nadarlı kəndinin fəalları tərəfindən təşkil edilmiş kitab sərgisində nümayiş etdirilən bəzi kitabları müsadirə edərək, sərginin məsulu Murtuz Nurməhəmmədi haqqında İran İnqilab Məhkəməsinə şikayət etmişdilər.

HRA-nın məlumatına görə, müsadirə edilən kitablar əlaqədar dövlət qurumlarının icazəsi ilə nəşr edilib. Nurməhəmmədinin yaxınlarının dediyinə görə, türk fəal məhkəmə sessiyası bitdikdən sonra 20 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən "rejimə qarşı təbliğat", "pantürkizm", "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə" və "qanunsuz təşkilatlarda üzvlük" kimi ittihamlarla üzləşirlər. Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm ittihamını "anlaşılmaz şəkildə yazılmış" bir ittiham kimi dəyərləndirir.

Əlaqədar

İrandakı seçkilərdə mühafizəkarlar qalib gələ bilər
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır
İran Azərbaycan səhiyyəsinin inkişafına dəstək verəcək
İrandakı seçkilər bölgənin demokratikləşməsinə ciddi impuls verə bilər
İranda seçkilər başa çatıb, ilkin nəticələr açıqlandı
Teqlər:
türkcə, fəal, Murtuz Məhəmmədi, Cənubi Azərbaycan, İran, Azərbaycan, həbs

Əsas mövzular