10:01 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Arda Turan

Ulduz futbolçudan dünyaya mesaj

DÜNYA
Qısa URL
5901

Arda Turan: "Biz bu dünya üzərində torpağa düşən hər can üçün gözyaşı tökdük. Acılar sizin coğrafiyanızı qucaqladığı zaman sizlərlə birlikdə üzüldük. İndi o öyündüyünüz mədəniyyətin gərəyini edin və ayağa qalxın"

BAKI, 14 mart — Sputnik. "Barcelona"nın türk əsilli ulduz futbolçusu Arda Turan, Ankaradakı terrordan sonra, başda Avropa olmaqla bütün dünyaya müraciət edib. "İndi bizim ağrılarımızı paylaşmaq zamanı. İndi o öyündüyünüz mədəniyyətin gərəyini edin və ayağa qalxın", —deyə Turan bildirib.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Instagram səhifəsində, Parisdəki terror hücumundan sonrakı etiraz yürüşünə aid fotoşəkili paylaşan Arda, şəkilin aşağısına bunları yazıb: "İndi də bizim ağrılarımızı paylaşmaq zamanıdır. Bütün dünyaya səslənirəm. Bu yalnız bizim problemimiz deyil: sənin, mənim, hamımızın problemidir".

"Terrora qarşı tək bədən olma zamanıdır. Biz bu dünya üzərində torpağa düşən hər can üçün gözyaşı tökdük. Acılar sizin coğrafiyanızı qucaqladığı zaman sizlərlə birlikdə üzüldük. İndi o öyündüyünüz mədəniyyətin gərəyini edin və ayağa qalxın. Çünki insanın dəyərini təyin edən, yaşadığı coğrafiya deyil", —deyə futbolçu vurğulayıb.

O, daha sonra yazıb: "Siz kədərləndiyiniz zaman əlimizi uzatdıq, birlikdə ağladıq. İndi mənim ölkəmdə heç bilmədiyiniz evlərdə analar, atalar, qardaşlar, yoldaşlar ağlayır. Reaksiyanızı indi göstərin. Mən Türkiyə Respublikasını təmsil edən bir idmançı kimi gözləyirəm bunu. Hamımız gözləyirik. Çünki bu, yalnız bizim kədərimiz deyil. Terror yalnız bizim terrorumuz deyil".

Əlaqədar

Terror qurbanlarının sayı artır
ABŞ kəşfiyyatı Ankara terroru barədə məlumatlı olub? - Rəsmi açıqlama gəldi
"ABŞ-ın terrorçulara ötürdüyü silahlar Türkiyəyə tuşlanır"
Ankaranı qana boyayan terrorçunun kimliyi bəlli oldu
Putin türk xalqı üçün yas tutur
Teqlər:
mesaj, terror, futbolçu, Arda Turan, Ankara, Türkiyə

Əsas mövzular