03:53 25 Fevral 2018
Canlı yayım
DÜNYA

Suriyadan atılan mərmilər Türkiyə ərazisinə düşüb

DÜNYA
Qısa URL
1201

Mərmilərdən biri polis idarəsi və hərbçilərin kazarmaları arasındakı boş əraziyə düşüb, digəri isə partlamayaraq binanın divarına girib.

BAKI, 12 mart — Sputnik. Suriya tərəfindən atılan mərmi Türkiyənin Kilis bölgəsinə düşüb.

Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, mərmilərdən biri polis idarəsi və hərbçilərin kazarmaları arasındakı boş əraziyə düşüb, digəri isə partlamayaraq binanın divarına girib.  

İnsident nəticəsində xəsarət alan olmayıb.

Sakinlər dərhal ərazidən təxliyə edilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Əsas mövzular