08:55 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
32901

Daha əvvəl də dünya mətbuatında Niderland polisinin hava vasitələrinə qarşı qartalları öyrətdiyi xəbərləri yer almışdı.

BAKI, 10 mart — Sputnik. Norveçdə NATO və 13 müttəfiq ölkənin qatıldığı "Cold Response"qış manevrləri zamanı uçuş həyata keçirən hava vasitəsi ətrafda uçan bir qartal tərəfindən yerə salınıb.

Bu barədə Sputnik milliyet-ə istinadla xəbər verir. 

Hava vasitəsinin pilotu Hokan deyib: "Hava vasitəsinin köməyi ilə quruda İsveç tanklarını təsbit etdiyimiz sırada indiyə qədər şahid olmadığım bu hadisə ilə qarşılaşdım. Hava vasitəsini bazaya geri döndərməyə çalışdım amma müvəffəqiyyətli ola bilmədim və hava vasitəsi düşdü".

Qısa bir axtarışdan sonra qartal tərəfindən salınan vasitənin tapıldığı deyilib.

Manevr sözçüsü Fredrik Tandberq hava vasitəsinin qanadlarında qartalın pəncəsinin izlərinin açıq şəkildə görüldüyünü, vasitə yerə düşmədən əvvəl qanadlarından birini itirdiyini açıqlayıb. 

Daha əvvəl də dünya mətbuatında Niderland polisinin hava vasitələrinə qarşı qartalları öyrətdiyi xəbərləri yer almışdı.

Əsas mövzular