Hərbçilərə sərbəst namaz qılmağa icazə verildi

© Photo : povin.com.uaÇevik qoşunlar
Çevik qoşunlar - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcü ordusunda qulluq edən müsəlman əsgər və zabitlər bundan sonra hərbi hissələrdə ibadətlə rahat məşğul ola biləcəklər. Yeni qərara əsasən müsəlmanlar üçün xüsusi otaqlar inşa olunub.

BAKI, 7 mart — Sputnik. Gürcüstan ordusunda diqqətçəkici qərar verilib. Belə ki, bundan sonra orduda qulluq edən müsəlman əsgər və zabitlər hərbi hissələrdə ibadətlə rahat məşğul ola biləcəklər. Yeni qərarla müsəlmanlar üçün xüsusi otaqlar inşa olunub.

Sputnik Turkhaber24-ə istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze Gürcüstan Silahlı Qüvvələrinin III briqadasının ərazisindəki ibadət yerlərinin açılışını ediblər. Sözügedən briqadada 103 nəfər müsəlman hərbi qulluqçu var.

Açılışdan sonra Kamaşidze hərbi qulluqçularla birlikdə namaz qılıb. Müdafiə naziri Xidaşeli hərbçilərlə söhbətdə deyib ki, bütün hərbi hissələrdə müsəlmanlar üçün ibadət yerləri inşa olunacaq.

Xəbər lenti
0