01:56 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
6112

İbrahim Kalın: Səudiyyə Ərəbistanının "İncirlik" bazasına enən təyyarələri koalisiyanın İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak edəcək.

BAKI, 26 fev-Sputnik. Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə aid 4 döyüş təyyarəsi Türkiyənin İncirlik bazasına enib.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, təyyarələrin əməliyyatda istifadə edilməsi məqsədilə gətirilməsi, iki ölkə arasındakı tarixində ilk dəfə reallaşıb.

Səudiyyə Ərəbistanının döyüş təyyarələri İncirlik-də

Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə İŞİD-ə qarşı əməliyyatlar üçün yaradılan koalisiyada iştirak edən Səudiyyə Ərəbistanının 4 döyüş təyyarəsi bu əməliyyatlara qatılmaq üçün Adanadakı İncirlik bazasına gəlib. ABŞ-ın liderliyindəki koalisiya qüvvələrinin bölgəyə istiqamətli hava əməliyyatları və Türkiyənin sərhəd təhlükəsizliyi uçuşlarında bundan belə Səudiyyənin təyyarələri də iştirak edəcək. Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin İŞİD-ə qarşı əməliyyatda iştirak etmək üçün Türkiyəyə gəlməsi 2 ölkə arasındakı münasibətlər tarixində ilk dəfə reallaşıb.

Şəxsi heyət və yük təyyarələri dünən gəlib

Səudiyyə Ərəbistanının hava qüvvələrinin rəsmi saytında yer alan məlumatda göndəriləcək təyyarə sayı 4, şəxsi heyətin sayı isə 15 olaraq açıqlanmışdı. Bu açıqlamadan sonra C-130 nəqliyyat təyyarələri ilə şəxsi heyət və vəsait Adanaya gətirilib.
Daha əvvəl İncirlik bazasına gələn Səudiyyə Ərəbistanının hərbi səlahiyyətliləri şəxsi heyətin qalacağı yerləri araşdırıb, hərbi ekspertlər koalisiya çərçivəsində təyyarələrin iştirakının detallarını müzakirə ediblər.

Döyüş təyyarələri İncirlik bazasına enib

Təyyarələr saat 13.30 radələrində bir-birinin ardınca İncirlik bazasına eniblər. Beləliklə, İncirlikdə təyyarələri ilə birlikdə koalisiyaya qatılan 5-ci ölkə Səudiyyə Ərəbistanı olub. Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin gəlişini bir sıra xarici media qurumları da çəkib.
İncirlik bazasına gələn F-15-lər yüksək manevr qabiliyyətinə sahibdir.

Türkiyə Prezident Adminstrasiyasının spikeri İbrahim Kalın da keçirdiyi mətbuat konfransında "Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə məxsus döyüş qırıcıları artıq Adanadadır. Həmin qırıcılar İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak edəcəklər" — deyə məlumatı təsdiqləyib.

Əlaqədar

Rəsmi Moskva Suriya münaqişəsindən çıxmaq istəyir
Suriya müxalifəti atəşkəsə hazır olduğunu bəyan edib
Əhməd Davudoğlu: Suriya-Türkiyə sərhədinə 15 minə yaxın insan gəlib
Suriya ordusu İŞİD-in "paytaxtına" hücuma keçib
Suriya müxalifətindən bəyanat: Bəşər Əsədsiz Suriya istəyirik
Teqlər:
F-15, Səudiyyə Ərəbistanı, Hərbi Hava Qüvvələri, Suriya, BMT, Türkiyə, İncirlik hərbi bazası, İŞİD, İbrahim Kalın

Əsas mövzular