Fidel Kastronun qardaşı dünyasını dəyişdi

© newsweekRamon Kastro - Kuba lideri Fidel Kastronun qardaşı
Ramon Kastro - Kuba lideri Fidel Kastronun qardaşı - Sputnik Azərbaycan
Abunə olmaq
Ramon, qardaşı Fidelin silahlı dəstələrinin faktiki rəhbərlərindən olub. O, inqilabçıları silah, benzin və digər ləvazimatlarla təmin edirdi.

BAKI, 24 fev — Sputnik. 1953-1959-cu illər Kuba inqilabının lideri Fidel Kastronun böyük qardaşı Ramon Kastro 91 yaşında vəfat edib.

Sputnik newsweek-ə istinadən xəbər verir ki, Ramon Kastro inqilab dövründə silahlı fəaliyyət göstərməyib. O evin ən böyük oğlu olduğu üçün valideynlərinə baxıb, təsərrüfatı idarə edib.
Bununla belə Ramon, qardaşı Fidelin silahlı dəstələrinin faktiki rəhbərlərindən olub. O, inqilabçıları silah, benzin və digər ləvazimatlarla təmin edirdi.

İnqilab uğurla başa çatdıqdan sonra Ramon Kastro kənd təsərrüfatı ilə məşğul olub.

O, hökumətdə heç vaxt vəzifə tutmasa da, daimi müşavir olaraq, qalıb. Ölkə iqtisadiyyatında sosialist islahatların hamısının təşəbbüskarı Ramon Kastro hesab olunur.

Xəbər lenti
0