İsveçrədə zərgər dükanından 1 milyon dollarlıq mal oğurlanıb

© AP Photo / Kamran JebreiliСлитки золота. Архивное фото
Слитки золота. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Üç silahlı cinayətkar dükana soxularaq, çoxlu sayda zinət əşyaları, qiymətli daşlar və kassada olan nağd pulları aparıblar.

BAKI, 21 fev — Sputnik. İsveçrənin Sürix şəhərində soyğunçular zərgər dükanından 1 milyon dollar dəyərində daş-qaş və pul oğurlayıblar.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, üç silahlı cinayətkar dükana soxularaq, çoxlu sayda zinət əşyaları, qiymətli daşlar və kassada  olan nağd pulları aparıblar.   

Məlumata görə,  soyğunçulardan ikisi alman dilində danışıb, üçüncü cinayətkar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti
0