PKK videomüraciət yaydı: "Türkiyəyə qarşı savaşın"

© onedio.comPKK
PKK - Sputnik Azərbaycan
Abunə olmaq
Videoda YPG silahlıları Avropada yaşayan kürdləri Türkiyəyə qarşı hərəkətə keçməyə çağırırlar. Analitiklər bu çağırışa kürdlərin müsbət reaksiya verməyəcəyi qənaətindədirlər.

BAKI, 18 fev — Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu olan PYD və onun silahlı qanadı YPG-yə qoşulan terrorçular videomüraciət yayıblar. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, 4 dildə hazırlanan videomüraciətdə YPG-nin Qərb ölkələrindən olan üzvləri Avropada yaşayan kürdləri Türkiyəyə qarşı hərəkətə keçməyə çağırırlar.

Məlumata görə, PKK terror qruplaşmasında son zamanlar kürdlərin sayı kəskin şəkildə azalıb və onların yerini başqa etnik qrup və dinin nümayəndələri alıblar. Videoda terrorçular Avropada yaşayan kürdlərə "Türkiyəyə qarşı savaşın" çağırışı edirlər.

Analitiklər hesab edirlər ki, terrorçuların bu çağırışına kürdlərin münasibəti müsbət olmayacaq.

Xəbər lenti
0