PKK-nın ikinci şəxsi ələ keçirilib?

© AP Photo / Yahya AhmedMurat Karayılan, kürd terror təşkilatının liderlərindən biri
Murat Karayılan, kürd terror təşkilatının liderlərindən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Terror təşkilatının liderlərindən olan Murat Karayılanın tutulması xəbəri yayılıb. Nə rəsmilər, nə də PKK xəbəri təkzib edir.

BAKI, 12 fev — Sputnik. PKK terror təşkilatının əsas liderlərindən biri olan Murat Karayılanın İraqın şimalında ələ keçirildiyi bildirilir. Sputnik ahaber.com.tr-yə istinadən xəbər verir ki, məlumatı Mosuldakı yerli mənbələr verib.

Xəbərə görə, türk xüsusi təyinatlıları ani basqın əməliyyatı ilə Karayılanı gizləndiyi yerdə həbs ediblər. Murat Karayılanın Türkiyəyə gətiriləcəyi qeyd olunur.

PKK terror - Sputnik Azərbaycan
8 PKK terrorçusu təslim oldu

Xəbərin doğru, yaxud yalan olması barədə Türkiyə hökumətindən heç bir rəsmi açıqlama hələlik verilməyib. Terror təşkilatı da yayılan informasiyanı təkzib etmir. Bu da iddianın gerçək ola biləcəyi ehtimalını gücləndirir.

Mövzuya münasibət bildirən politoloq Qabil Hüseynli Karayılanın tutulma xəbərinin doğru ola biləcəyini söyləyib: "Mən güman edirəm ki, bu, doğru məlumatdır. Türkiyə milli təhlükəsizlik orqanı əməkdaşlarının uğurlu əməliyyatı nəticəsində tutulan terrorçu başı Karayılanın xüsusi helikopterlə Mosuldan Ankaraya gətirildiyi söylənilir".

Murat Karayılanın tutulması ilə PKK-nın dərhal süqut edəcəyi fikrini sadəlövhlük adlandıran Q. Hüseynli, PKK-da Karayılandan başqa da digər nüfuzlu liderlərin olduğunu deyib: "Əlbəttə Murat Karayılan, həbsdə olan Abdullah Öcalandan sonra təşkilatda ən güclü adam idi. Lakin PKK tərkibində ondan başqa nüfuzlu şəxslər də var. Ona görə də, mən düşünmürəm ki, Karayılanın həbsi ilə PKK məsələsi bitsin. Amma zəifləyəcəyi ehtimalı böyükdür".

Politoloq daha sonra bunları deyib: "Murat Karayılan dindirilmə zamanı faktları açıb-tökməyə başlayarsa, PKK-nın sürətlə dağılması, məhv olma prosesi start alar. Həmçinin terror təşkilatının xarici dövlətlərlə əlaqələri də gün üzünə çıxa bilər".

Qeyd edək ki, Murat Karayılanın tutulması ilə bağlı yayılan xəbərlər ilk deyil. Bundan öncə 2011-ci ildə də terrorçu başının tutulduğu barədə xəbərlər yayılmış, daha sonra təkzib olunmuşdu.

Xəbər lenti
0