Suriyada müharibə qızışır: NATO qırıcılarını bu ölkəyə göndərir

© ytimg.comNATO-nun baş katibi Jens Stoltenberq
NATO-nun baş katibi Jens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Alyans kritik qərar qəbul edib, NATO Suriyada ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya rəsmi şəkildə qoşulub

BAKI, 11 fev — Sputnik. NATO İŞİD terrorçularına qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya yardım etmək üçün öz təyyarələrini və aviasiya idaretmə sistemini Suriyaya göndərəcək. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısında qərar qəbul edilib.

Xəbərə görə, bununla da NATO Suriyada ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya rəsmi şəkildə qoşulub.

Həmin tədbirdə NATO Avropada hibrid təhlükələrin qarşısının alınması məqsədilə stretegiya hazırlayıb. Alyansın baş katibi Yens Stoltenberq deyib ki, qurum bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Xəbər lenti
0