Bu virusa görə ölkədə fövqəladə vəziyyət elan olundu

© dawddle.comVirus
Virus - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Florida əyalətində təhlükə: "Ən yaxşısını ümid etsək də, ən pisinə hazır olmaq məcburiyyətində olduğumuzu bilirik"

BAKI, 4 fev — Sputnik. ABŞ-ın Florida əyalətinin, "zika" virusu görülən 4 bölgəsində fövqəladə vəziyyət elan edilib. Sputnik hurriyet.com-a istinadən xəbər verir ki, Floridanın valisi Rik Skot (Rick Skott) yazılı açıqlamasında "zika" virusu görülən bölgələrdə fövqəladə vəziyyətin elan edildiyini bildirib.

Учения по профилактике свиного гриппа - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəhşətli virus sərhədlərimizdə: hökumət bizi necə qoruyur?

Virusun səyahətlə əlaqəli olduğunu deyən Skot, əyalətin virusun yayılma təhlükəsinə qarşı hazır olduğunu söyləyib: "Səhiyyə idarəmiz bölgədəki bütün səhiyyə mərkəzləri, xəstəxanalar və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ilə əlaqə saxlamağa davam edəcək. Ən yaxşısını ümid etsək də, ən pisinə hazır olmaq məcburiyyətində olduğumuzu bilirik".

İlk dəfə 1947-ci ildə Uqandanın Rika meşələrindəki meymunlarda görülən virus 2015-ci ilin may ayında Braziliyada ağcaqanadlar vasitəsilə yayılıb. Bu xəstəliyə yoluxan hamilələrdə virus körpənin beyninin inkişafına mənfi təsir edə bilir.

Xəbər lenti
0