01:56 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
980136

"Twitter" səhifəsində prezident Ərdoğan haqda, içərisində ağır söyüşlərin də yer aldığı statuslar paylaşmaqda ittiham olunan məşhur futbolçu həbs edilə bilər

BAKI, 29 yan — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir etməsi səbəbilə, məşhur futbolçu Hakan Şükür barəsində istintaq başladılıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, İstanbulun Bakırköy səmtində yaşayan bir nəfər sadə vətəndaş futbolçunu məhkəməyə verib.

O, məhkəməyə yazdığı şikayət ərizəsində qeyd edib ki, Hakan Şükür şəxsi "Twitter" səhifəsində prezident Ərdoğan haqda, içərisində ağır söyüşlərin də yer aldığı statuslar paylaşıb. Sözügedən vətəndaş Ərdoğana heyranlığı olması səbəbilə belə bir addım atdığını deyib.

Sözügedən hadisədən sonra prokurorluq futbolçu barəsində "şəxsiyyəti təhqir" səbəbilə 2 ilə qədər azadlıqdan məhrumetmə üzrə iddia qaldırıb. Hazırlanan iddianamə baxılması üçün məhkəməyə göndərilib.

Haqqında istintaq başladılan Hakan Şükür isə ifadəsində paylaşdığı statuslarda dövlət başçısını hədəf almadığını iddia edib. Bakırköy Respublika Baş prokuroru İdris Kurt yazılan statuslardan xəbəri olduğunu və həmin statuslarda Prezidentə təhqiramiz ifadələrin işlədildiyini bildirib.

Əlaqədar

Rasim Əliyevin vəkili: Futbolçunu cəzadan kənarda saxlamağa çalışırlar
Azərbaycanın futbol klubları 100 min manat cərimələndi
Ərdoğan İranı ikiüzlü adlandırdı
Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə gözəl sözlər
Rəcəb Tayyib Ərdoğan: Vladimir Putin məni yaxşı tanıyır
Teqlər:
məşhur futbolçu, Hakan Şükür, Rəcəb Tayyib Ərdoğan, həbs

Əsas mövzular