02:27 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
331 0 0

İran prezidenti fransalı həmkarı ilə nahar yeməyində şərab olmamasını tələb edib. Qarşı tərəfin etirazı isə görüşün və yeməyin ləğv edilməsinə səbəb olub

BAKI, 29 yan — Sputnik. İran və Fransa prezidentləri Həsən Ruhani və Fransua Ollandın Parisdə planlaşdırdıqları nahar yeməyi baş tutmayıb. Sputnik İndependent-ə istinadən xəbər verir ki, prezidentlər paytaxtın nüfuzlu restoranlarından birində nahar etmək istəyiblər. Lakin onların görüşü iranlıların "spirtsiz nahar" xahişindən sonra baş tutmayıb.

Fransalı rəsmilər naharda ənənəvi yerli yemək və şərabın olmasında israr ediblər və İran tərəfinin tələbinin yerinə yetirilməsinin Respublika dəyərlərinin pozulması anlamına gəldiyini bildiriblər. Yelisey sarayı nahar əvəzinə səhər yeməyi təklif etsə də, bu təklif "olduqca ucuz" olması səbəbindən qəbul olunmayıb.

Əlaqədar

Dünyaya İran açılımı
İran prezidentindən ABŞ-a tarixi çağırış
"İran bazarı Azərbaycan və Türkiyə üçün yaxşı fürsətdir"
İran nəhəng iqtisadi layihələrə başlayır
İsraildən şok İran bəyanatı
Teqlər:
spirtli içki, şərab, nahar, görüş, Fransa, İran

Əsas mövzular