05:15 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Джордж Сорос на XIII Форуме Открытого общества: Европейский Союз и Россия: что ожидать в будущем?

Corc Soros: Avropa İttifaqı parçalana bilər

© Sputnik / Илья Матусихис
DÜNYA
Qısa URL
19 0 0

Sorosun sözlərinə görə, Avropa İttifaqı üçün İkinci Dünya müharibəsindən sonra olduğu kimi “Marşal planı” hazırlanmalıdır.

BAKI, 23 yan — Sputnik. Avropa İttifaqı parçalanmaq təhlükəsi ərəfəsindədir.

Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu dünya şöhrətli maliyyəçi Corc Soros bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün İkinci Dünya müharibəsindən sonra olduğu kimi “Marşal planı”  hazırlanmalıdır.

“Avropa İttifaqı parçalanmaq üzrədir. Bunu miqrant böhranından sonra hamı anlamağa başlayıb. Qaçqın axını, miqrantların ölkələr üzrə bölüşdürülməsi nəzarətdən çıxıb”, deyə C.Soros bildirib.

O qeyd edib ki, Almaniya kansleri tərəfindən elan edilən “açıq qapı siyasəti”, ilk növbədə, ölkənin siyasi kapitalına zərbə vuracaq.

“Qaçqın böhranı Yunanıstan iqtisadiyyatında yaşanan və həlli olmayan problemlə üst-üstə düşüb. Artıq ortada bir sual qalıb —  Avropanın iqtisadiyyatı əvvəl dağılacaq, yoxsa çox zəif vəziyyətdə olan Rusiya iqtisadiyyatı”, deyə Soros vurğulayıb. 

Əsas mövzular